Kritika Nəşriyyatı

Fəaliyyətimiz

Kritika Nəşriyyatı

Faciə: Janriçi Mutasiyalar kitabının təqdimatı

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Teatrşünaslıq kafedrasının müdiri, professor, Əməkdar incəsənət xadimi Aydın Talıbzadənin “Faciə: Janriçi mutasiyalar” adlı kitabının təqdimatı keçirilib. Aydın Talıbzadə də öz çıxışında qonaqlara təşəkkürünü bildirib. Müəllifi olduğu “Faciə: Janriçi mutasiyalar” adlı kitabda dünya mədəniyyətində mövcud müəyyən problemləri işıqlandırdığını və kitabın oxucular tərəfindən dəyərləndiriləcəyinə ümid etdiyini bildirib.

Kritika Nəşriyyatı

9-cu Bakı Beynəlxalq Kitab Sərgisində

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı və “Caspian Event Organisers” şirkətinin təşkilati dəstəyi ilə 11-15 noyabr 2023-cü il tarixində Bakı Ekspo Mərkəzində təşkil olunmuş 9 – cu Bakı Beynəlxalq Kitab Sərgisində (Baku International Book Fair 2023) nəşriyyatımız iştirak etmişdir. Görkəmli ziyalılar, yazıçı, şair və oxucular nəşrlərimiz haqqında ətraflı məlumat almış, onlara maraqlı olan kitabları əldə etmişlər.