Kritika Nəşriyyatı

Kitab haqqında

Dmitri Kallistov

Antik teatr

D.P.Kallistovun Azərbaycan dilində ilk dəfə çap olunan “Antik teatr” monoqrafiyası bu əsərin 1970-ci il nəşri əsasında tərcümə edilib. Kitab teatr tarixinin Antik dövr kimi nəhəng bir mərhələsi haqqında tədris ədəbiyyatı-mızda olan mövcud boşluğu qismən qapadır. Dərslikdə antik teatr tarixilə bağlı, demək olar ki, bütün dövrlər öz əksini tapır. Kitabda “Afinada böyük Dionis bayramları”, “Yunan teatrının yaranması”, “Teatr tamaşalarının təş-kili”, “Afina dramaturgiyasının çiçəklənməsi”, “Ellinizm dövründə teatr”, “Roma teatrı” adlı bölmələrdə Antik dövr teatr tarixi qısa və lakonik şəkildə əhatə olunur. D.P.Kallistovun “Antik teatr” kitabının tərcüməsi “Antik teatr”, “Dünya teatr tarixi” fənlərinin tədrisi zamanı dərs vəsaiti kimi istifa-də edilə bilər. Ümumiyyətlə, bu kitab qədim Yunan və Roma teatrlarının ta-rixini öyrənmək istəyən tələbələr üçün dəyərli mənbədir.

Müəllif:                              Dmitri Kallistov

Kitabın adı:                       Antik Teatr

Tərcümə edən:                 Rəsmiyyə Mustafayeva

Redaktor:                           Fəridə Cəlilova

Korrektor:                          Bənarə Hüseynquliyeva

Səhifələyici:                      Bənarə Hüseynquliyeva

Üz qapaq dizaynı:            Cahandar Eminov

Nəşr ili:                               2018

Səhifə sayı:                        244

Üz qapağı:                          Yumşaq

Satış:                                   Bitib