Ayaz İmranoğlu – Son əmr
Mən onun atasını — hamımızın ağsaqqalı Əbdül müəllimi yaxşı tanıyıram. Əbdül kişi ilə dəfələrlə yol yoldaşı olmuş, eyni məclislərdə iştirak etmişəm. Hər dəfə də onun ağsaqqal hərəkətlərinin, ağayana davranışlarının şahidi olmuşam. Bir daha əmin olmuşam ki, Əbdül kimi kişilərin ailəsində məhz Surxay kimi vətənpərvər oğullar yetişə bilərdi və… yetişdi də!..
P.S. Bir işıqlı səhər durub pəncərədən boylandım. Nazlı günəş saçaq telli söyüdün saçlarına bəzək vururdu…
Və birdən gördüm ki, yazın bu nəvaziş vaxtı bir göyərçin dimdiyində çöp daşıyıb özünə isti yuva qurur…
Səsi, çığırtısı bağ-bağatı götürmüşdü. Şadyanalıq edirdi…
Nədənsə yadıma Əbdül müəllim düşdü, nəvəsi Surxay düşdü…
Amma… o günəş şəfəqləri qəhrəman Surxayımızın işıqlı və əbədi ruhu kimiydi…
Ruhun şad olsun, əzizim Surxay!
Müəllif:
Kitabın adı:
Redaktor:
Korrektor:
Üz qapaq dizaynı:
Nəşr ili:
Səhifə sayı:
Üz qapağı:
Qiyməti:
Satış:
Ayaz İmranoğlu
Son əmr
Sayalı Həsənzadə
Sayalı Həsənzadə
Tamerlan İsmayılzadə
2024
168
Yumşaq
8 AZN
Var