Kritika Nəşriyyatı

Kitab haqqında

Ayaz İmranoğlu – Komutan

Komutan

– Cənab komutan, bizə doğru mülkü geyimli qadın gəlir. Sən demə, Noçuyev də qadını görmüşdü. Ona görə də:
    – Xeyir ola? – deyib susdu.
Qadının yerişi, duruşu şübhə doğurduğundan Noçuyevin yadına babasından eşitdiyi bir söz düşdü       –  “xətakar”. Bu,  Azərbaycan qadını deyildi. Ona görə də barmağını çiynindən üzü aşağı asdığı avtomatın tətiyinə yaxınlaşdırıb yanındakılara:
    – Ehtiyatlı olun, – dedi.
Əynində uzun palto vardı. Qadın onlara çatmağa on beşiyirmi addım qalmış Azad Allahverdiyev dilləndi:
    – Kimsən? Buralarda nə gəzirsən?
Qadın eşitmirmiş kimi başını dik tutub onlara tərəf gəlirdi. Bu dəfə rabitəçi dilləndi:
    – Ay xanım, eşitmirsiniz nə dedilər?
    – Maan!.. maan!.. – desə də sözünün ardını gətirə bilməyib susdu qadın.
Noçuyevin isə ağlında barmağını tətiyə uzatmaq dururdu. Onlar dayanmış, qadınsa yavaş-yavaş onlara doğru irəliləyirdi. Doqquz, on addım qalmış qadın ağrıyırmış kimi qarnını tutub diz çökdü. Rabitəçi istədi kömək etmək üçün qadına yaxınlaşsın. Noçuyevin sərt şəkildə:
    – Dur! – sözündən sonra dayandı.
Qadın büzüşmüş vəziyyətdə idi. Bir dəqiqə keçməmiş paltosunun altından silah çıxardıb atəş açmaq üçün onlara tərəf qaldıranda açılan atəş qadını üzü üstə yerə sərdi. Gicgahından dəymişdi. Bir andaca Azad Allahverdiyev, rabitəçi əsgər yerə sərilmiş qadına, ardınca da Noçuyevə baxdılar.

 

Müəllif:

Kitabın adı:

Redaktor:

Korrektor:

Səhifələyici:

Üz qapaq dizaynı:

Nəşr ili:

Səhifə sayı:

Üz qapağı:

Qiyməti:

Satış:

Ayaz İmranoğlu

Komutan

Kənan Hacı

Sayalı Həsənzadə

Aytən Hüseynova

Tamerlan İsmayılzadə

2024

152

Yumşaq

8 AZN

Var