Aydın Talıbzadə
Kitab ADMİU-nun həm müəllim, həm də tələbələri üçün “dərsdənkənar oxu” qismində nəzərdə tutulub və struktur təhlillə yanaşı dünyagörüşü məsələlərini də hədəfləyib. Lakin bu “oxu”dan peşəkar aktyor və rejis-sorların, ədəbiyyatşünasların və hətta filosofların faydalanması da istisna edilmir. Çünki müəllif kitabda janrın fəlsəfəsini (fəlsəfi konseptlərini), sosio-psixologiyasını (toplumda yaratdığı diskursları) panoramlaşdırmağa, insanın ruhsal ovqatına, ünsiyyət faktoruna təsirini şərtləndirən kodları açmağa, onların altyapısını öyrənməyə, müxtəlif mütəxəssislərin faciə ilə bağlı fikirlərinin mozaikası içindən sivişib öz konsepsiyasını aktuallaşdırmağa, postdramatik teatr müstəvisində faciənin necə anlaşıldığını elmin gündəminə gətirməyə çalışır. “Faciə: janriçi mutasiyalar” risaləsində müəllif tragediyanı bəşər tarixinin və insan düşüncəsinin çox önəmli və simptomatik hadisəsi statusunda araşdırır.
Müəllif: Aydın Talıbzadə
Kitabın adı: Faciə: Janriçi mutasiyalar
Redaktor: Kamal Abdulla
Korrektor: Sayalı Həsənzadə
Üz qapaq dizaynı: Cahandar Eminov
Nəşr ili: 2017
Səhifə sayı: 212
Üz qapağı: Yumşaq
Qiyməti: 7 AZN
Satış: Var