Stefan Sveyq
Əsərin baş qəhrəmanı olan Rotterdamlı Erazm özünü dünya vətəndaşı hesab eləyir. Buna görə ona təklif olunan vəzifələrdən, şan-şöhrətdən imtina edir. O bütün varlığı ilə azadlığa, sərbəstliyə can atır və öz kitablarında da dövrünün haqsızlıqlarını qamçılayır, insanlar arasına nifaq salanlara, düşmənçilik toxumu səpənlərə nifrət bəsləyir. Lakin dini fanatizm, sxolastik düşüncə tərzi əvvəlcə Almaniyanı, sonra da bütün Avropanı qana çalxayır. Yazıçının fikrincə də , məhz Erazmın – Qərbin ilk şüurlu avropalı, ilk mübahisəli sülhsevər, ilk humanist, dünyəvi və mənəvi idealın ən dilavər ilk vəkili”nin faciəsi də bu qanın, vəhşiliyin qabağını ala bilməməsindədir.
Müəllif: Srefan Swaig
Kitabın adı: Rotterdamlı Erazmın zəfər təntənəsi və faicəsi
Tərcümə edən: Çərkəz Qurbanlı
Üz qapaq dizaynı: Cahandar Eminov
Nəşr ili: 2017
Səhifə sayı: 230
Üz qapağı: Yumşaq
Qiyməti: 6 AZN
Satış: Var